EN

“Beşiktaş” rəsmi açıqlama yaydı: Sulşer klubda qalır

BAKI, 4 avqust. TELEQRAF

Türkiyənin “Beşiktaş” klubu baş məşqçi Ole Qunnar Sulşerin istefaya göndəriləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi norveçli çalışdırıcı ilə yollarını ayırmağı planlaşdırmır.

Açıqlamada bildirilir: “Məşqçimizlə yollarımızı ayıracağımız və Nuri Şahinlə müqavilə imzalayacağımız barədə mediada dərc olunan xəbərlər həqiqəti əks etdirmir”.

Yada salaq ki, Türkiyə klubu UEFA Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra “Beşiktaş” rəhbərliyinin baş məşqçini dəyişəcəyi haqda xəbələr yayılmışdı. “Qara qartallar”ın Türkiyə yığmasının sabiq futbolçusu Nuri Şahinə tapşırılacağı iddia olunurdu.

Chosen
27
teleqraf.com

1Sources