EN

Bibərin bu faydalarını çoxları bilmir

Mətbəxin əvəzolunmaz tərəvəzlərindən biri olan bibər təkcə yeməklərə ləzzət vermir, həm də sağlamlıq üçün saysız-hesabsız faydalar təqdim edir. Metbuat.az xəbər verir ki, ən çox tanınan C vitamini mənbəyi kimi məşhur olsa da, bibərin bir çox bilinməyən təsirləri də var. Beyin fəaliyyətini gücləndirir
Bibərin tərkibindəki B6 vitamini və flavonoidlər beyinin yaddaş funksiyalarını gücləndirir, diqqət dağınıqlığını azaldır və stresin təsirini yumşaldır. Dəriyə parlaqlıq verir
Qırmızı və yaşıl bibər antioksidantlarla zəngindir. Bu maddələr dərini cavan saxlayır, sızanaq və qızartıların qarşısını alır.Metabolizmanı sürətləndirir
Acı bibər, xüsusilə də kapsaisin adlı maddə sayəsində yağ yandırmanı sürətləndirir və arıqlama prosesinə dəstək verir.Qan dövranını yaxşılaşdırır
Bibər qan damarlarını genişləndirərək qan axınını artırır. Bu da ürək-damar xəstəlikləri riskini azaldır.

Təbii ağrıkəsici funksiyası var
Acı bibər təbii bir iltihab əleyhinə vasitədir. Əzələ ağrıları, oynaq iltihabı və migren kimi problemlərdə rahatlama təmin edə bilər.

Chosen
24
metbuat.az

1Sources