EN

Çində naməlum şəxs insanlara bıçaqla hücum edib, ölənlər var

Çinin Hunan əyalətinin Leyan şəhərində naməlum şəxs bir neçə ictimai yerdə insanlara bıçaqla hücum edib, iki nəfəri öldürüb, üç nəfəri yaralayıb.

“Report” xəbər verir ki, bu barədə “Pengpai” nəşri məlumat yayıb.

Hadisə avqustun 3-ü axşam saatlarında baş verib.

Belə ki, 31 yaşlı şəxs şəhərin ibtidai məktəblərindən birinin girişində peyda olub və insanları bıçaqlamağa başlayıb. Bundan sonra o, madjong müəssisəsinə soxulub və ziyarətçilərə hücum edib.

Bütün yaralılar xəstəxanaya göndərilib. Polis hücum edən şəxsi saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Chosen
101
26
report.az

10Sources