EN

Çin İlon Maskın “Starlink” peyklərini vurmaq istəyir

Pekin SpaceX-in Starlink peyklərinin artan təsirindən narahatdır və onların məhv edilməsinin mümkünlüyünü istisna etmir. 

AzPost bildirir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Çin hesab edir ki, Starlink peyklərindən hərbi məqsədlər üçün istifadə edilə bilər.

Çin tədqiqatçılarının materiallarına görə, bunun üçün siqnalları izləmək və tutmaqdan tutmuş, kimyəvi maddələrlə batareyaları zədələməyə qədər müxtəlif üsullar müzakirə olunur.

Bundan əlavə, kosmosda Starlink peyklərini məhv etməyə qadir olan ion mühərrikli zərbə peyklərinin, güclü lazerlərin və teleskopların mümkün istifadəsi haqqında danışılır.

Bu gün orbitdəki bütün aktiv peyklərin təxminən üçdə ikisi Starlink-ə aiddir. Bu, təxminən 8 min cihazdır və onların sayı artmaqda davam edir.

AzPost.az

Chosen
36
1
azpost.info

2Sources