EN

Məhkəmə tanışlarına 168 minlik dələduzluq edən şəxslə bağlı qərar verdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Lətifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, Rövşən Lətifov tanışı, zərərçəkmiş Namiq Yusifzadəyə (adı, soyadı şərtidir) Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova parkının yaxınlığında yerləşən 114 kv/m fərdi mənzil təşkil edəcəyi adı ilə 2022-2024-cü illərdə ümumilikdə 146 661,70 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 

Bundan başqa, o, tanışı, zərərçəkmiş Vüsal İslamova (adı, soyadı şərtidir) özünə məxsus “VAZ-2121” markalı avtomobili satacağını vəd edərək 2024-cü ilin may ayının əvvəllərində Quba şəhərində yerləşən maşın təmiri sexinin qarşısında əlbəəl 6 250 manat pul alıb.


Bundan başqa, Rövşən Lətifov tanışı, zərərçəkmiş Ənvər Məmmədova (adı, soyadı şərtidir) xammal qum-çınqıl ehtiyatları ilə zəngin torpaq sahəsini sənədləşdirməyi vəd edərək 09 iyul 2024-cü il tarixdə ümumilikdə 15 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Kamal Məmmədov 

Tarix: 4 Avqust 2025, 08:28   
Chosen
20
pravda.az

1Sources