EN

Kadırov Bodrumda intihara cəhd edib? – İDDİALAR

Muğlanın Bodrum rayonunda istirahət zamanı boğulma təhlükəsi ilə xəstəxanaya yerləşdirilən Çeçenistan lideri Ramzan Kadırovun intihara cəhd edə bilərdi.

Turkustan.az xəbər verir ki, bu iddia ilə susiyalı geosiyasi ekspert Mark Qaleotti çıxış edib.

Rusiyalı ekspert Kadırovun mühafizəçini tərk edib suya dalmağa getməsinin çox qəribə olduğunu deyib.

“Kadırovla bağlı hər şey qəribədir. Bu qədər silahı olan birinin özünü boğaraq intihara cəhd etməsi ideyası qəribə səslənir. Mühafizəçilərini geridə qoyub təkcə suya dalmaq üçün ayrılması versiyası da eyni dərəcədə qəribədir. Dürüst desəm, nəyə inanacağımı bilmirəm və bu barədə sağlam fikir bildirə biləcək heç kimi tanımıram”, – o bildirib.

Rusiyalı ekspert Mark Qaleotti deyib:

“Kadırovla bağlı hər şey ekssentrikdir. Onun bu qədər silahı olduğu halda özünü boğaraq intihara cəhd etməsi fikri qəribədir. Onun mühafizəsini atıb sadəcə suya dalmağa getməsi versiyası da eyni dərəcədə qəribədir. Düzünü desəm, nəyə inanacağımı bilmirəm.”

“Moskva Tayms” qəzeti yazıb: “Bodrumda baş verən son müəmmalı hadisə hazırda Ukraynada müharibənin tüğyanında olan Rusiya prezidenti Vladimir Putinin ölkənin cənub sərhədindəki sabitlikdən narahat olmasına səbəb ola bilər. Hoteldə istirahət edən Çeçenistan lideri Ramzan Kadırov boğulmaq üzrə olarkən mühafizəçiləri tərəfindən deyil, yerli təhlükəsizlik işçiləri tərəfindən xilas edilib, özəl klinikaya aparılıb”.

“Sözcü” qəzetinin əməkdaşı Yaşar Anterin sözlərinə görə, o vaxtdan bəri analitiklər və müşahidəçilər bu qəribə hadisəni, xüsusən də səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı şayiələr fonunda izah etməyə çalışırlar. Bəziləri təsdiqlənmiş sübutların olmamasına baxmayaraq, intihara cəhd ehtimalını istisna etmir. /globalinfo.az/

Chosen
12
2
turkustan.az

4Sources