EN

ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatdı - TRAMP

Prezident Donald Trampın əmri ilə yeri dəyişdirilən ABŞ-nin iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb.

News24.az xəbər verir ki, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.

“Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib.

Bundan əvvəl o, “Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib. Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.

Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.

Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.

Chosen
114
16
news24.az

10Sources