EN

"McLaren F1"rekord qiymətə satıla bilər - FOTO

"RM Sotheby's" hərracında 1997-ci ildə istehsal olunmuş "McLaren F1" idman avtomobili satışa çıxarılacaq.

Avtosfer.az championat.com-a istinadən xəbər verir ki, o ABŞ-yə gətirilən yeddi nümunədən biridir.

Avtomobil 461 kVt (627 at gücü) hasil edən 6,1 litrlik BMW S70/2 V12 mühərriki ilə təchiz edilib və onun maksimal sürəti 356 km/saatdır.

Lotun gözlənilən qiyməti 23 milyon dollardır. Əgər avtomobil bu qiymətə alınarsa, o indiyə qədər satılan ən bahalı "McLaren" olacaq. Hərrac avqustun 17-də bağlanacaq.

Markanın cari auksion rekordu 20,4 milyon dollar təşkil edir ki, bu da 2021-ci ilin avqustunda "Gooding & Company" hərracında ödənilib.

 

Chosen
20
1
avtosfer.az

2Sources