2024-cü ilin aprelində dərc olunan elmi icmalda müxtəlif klinik tədqiqatların nəticələri bir araya gətirilib və probiyotiklərin artıq çəki və piylənmənin qarşısının alınmasında təsirli ola biləcəyi vurğulanıb.
Pravda.az bildirir ki, araşdırmalara görə, probiyotiklərin düzgün dozalarda qəbulu, həmçinin bel çevrəsində və bədən kütlə indeksində nəzərəçarpacaq azalma ilə nəticələnə bilər.
Bağırsaq mikroblarının tənzimlənməsi, immun sistemin gücləndirilməsi və bağırsaq baryerinin yaxşılaşdırılması probiyotiklərin təsir mexanizmləri arasında yer alır. Elmi nəticələr göstərir ki, probiyotiklər dietaya ehtiyac olmadan belə, çəki nəzarətinə dəstək verə bilər.
Əminə Bayramova
Tarix: 4 Avqust 2025, 09:27