“Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İT avadanlıqların alınması məqsədilə elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Kotirovka sorğusunun dəyəri 10 104 AZN olub. Bu məbləğə 60 ədəd SSD, 1 ədəd proyektor, 8 ədəd printer və 2 ədəd UPS şəbəkə avadanlığı daxil olub.
Cabir
Tarix: 4 Avqust 2025, 09:45