AZ

Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu

“Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İT avadanlıqların alınması məqsədilə elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Kotirovka sorğusunun dəyəri 10 104 AZN olub. Bu məbləğə 60 ədəd SSD, 1 ədəd proyektor, 8 ədəd printer və 2 ədəd UPS şəbəkə avadanlığı daxil olub.

 

Cabir

Tarix: 4 Avqust 2025, 09:45   
Seçilən
8
pravda.az

1Mənbələr