EN

Avtomatla həmkəndlisinə atəş açan qazi həbs edildi

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.

Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

media-whatsapp_image_2025-08-04_at_00-56-46

Chosen
11
49
nocomment.az

10Sources