Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkənin ABŞ-dan asılılığını dayandırdığını bildirib.
Bu barədə “Brasil247” nəşri məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, onun amerikalı həmkarı Donald Tramp tariflərin köməyi ilə ölkənin daxili işlərinə qarışmağa çalışır: “Mən inanıram ki, Prezident istədiyini vergiyə cəlb edə bilər. Lakin o bütün sərhədləri aşıb və çoxtərəfli yanaşmaya son qoymaq istəyir”.
Braziliya lideri əlavə edib ki, indi respublika keçmişdəki kimi ABŞ-dan asılı deyil: “Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var”.