AZ

Braziliya prezidenti: Tramp bütün sərhədləri aşıb

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin ABŞ-dan asılılığını dayandırdığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Brasil247” məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, onun amerikalı həmkarı Donald Tramp tariflərin köməyi ilə ölkənin daxili işlərinə qarışmağa çalışır: “Mən inanıram ki, prezident istədiyini vergiyə cəlb edə bilər. Lakin o (Tramp – Qeyd) bütün sərhədləri aşıb və çoxtərəfli yanaşmaya son qoymaq istəyir”.

O əlavə edib ki, indi respublika keçmişdəki kimi ABŞ-dan asılı deyil: “Braziliyanın indi bütün dünya ilə çox geniş ticarət əlaqələri var. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var”.

Seçilən
9
4
ikisahil.az

6Mənbələr