EN

Avstraliyada rekord həddə qar yağıb

Avstraliyanın şərqindəki bir neçə şəhər son onilliklərin ən dərin qarına bürünüb.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Keçən həftəsonu Yeni Cənubi Uelsdə soyuq cəbhə səbəbindən 40 sm-ə qədər qar yağıb. Avstraliya Hava Bürosunun meteoroloqu Miriam Bredberinin sözlərinə görə, bu rəqəm 1980-ci illərin ortalarından bəri aşağı düşməyib.

Qeyd olunub ki, hava anomaliyaları həmçinin daşqınlara, nəqliyyatın kəsilməsinə və minlərlə evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

//Gülnarə Abasova, Editor.az

Chosen
7
editor.az

1Sources