EN

Rusiya klubu Qalatasaray la mərkəz müdafiəçisinin transferi ilə bağlı razılığa gəlib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın "Spartak Moskva" klubu "Qalatasaray"ın mərkəz müdafiəçisi Karlos Kuestanı almağa yaxındır.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında rəsmi bütün danışıqlar günün sonunadək başa çatacaq.

Belə ki, Kuesta Türkiyə klubunda çıxış etdiyi müddətdə bütün turnirlərdə 9 matçda iştirak etsə də, qol vura bilməyib.

"Qalatasaray" rəsmiləri isə futbolçunun aşağısəviyyəli oyun keçirməsindən narazı olduqları üçün Kuestanın keçidinə razılıq veribilər.

26 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
oxu.az

1Sources