EN

Sumqayıtın ən güclü bədii gimnastları bəlli olub FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə açıq Sumqayıt şəhər birinciliyi başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK, Sumqayıt OİK və “Ocaq Sport” klubunun Xırdalan bölməsindən ümumilikdə 30 idmançı iştirak edib.

Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çoxnövçülük proqramında çıxış ediblər. Təsnifat mərhələsində fərqlənən idmançılar medal və diplomla mükafatlandırılıblar.

Kiçiklər

2018-ci il təvəllüdlülər

I və II yerlər - Sumqayıt OİK

III yer - Abşeron OİK

2019-cu il təvəllüdlülər

I, II və III yerlər - “Ocaq Sport” klubunun Xırdalan bölməsi

Balacalar

2015-2017-ci il təvəllüdlülər

I yer - Sumqayıt OİK

II yer -“Ocaq Sport” klubunun Xırdalan bölməsi

III yer - Abşeron OİK

Yeniyetmələr

2012-ci il təvəllüdlülər

I və II yerlər - Abşeron OİK

III yer - Sumqayıt OİK

2013-2014-cü il təvəllüdlülər

I və II yerlər - Abşeron OİK

III yer - Sumqayıt OİK

Gənclər

2010-2011-ci il təvəllüdlülər

I yer - Abşeron OİK

II və III yerlər - Sumqayıt OİK

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
icma.az

1Sources