Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 55-ə çatıb.
Turkustan.az xəbər verir ki, Ebyenin Zincibar rayonunun səhiyyə müdiri Abdulkadir Bacmil verdiyi açıqlamada qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayının 55-ə yüksəldiyini, həyatını itirənlər arasında bir yəmənlinin də olduğunu bildirib.
Bacmil həyatını itirənlərin hamısının dəfn edildiyini, qayıqda 100-dən çox Efiopiyalı qeyri-qanuni miqrantın olduğunu və onlarla adamın hələ də itkin olduğunu, axtarış işlərinin davam etdiyini bildirib.
Təhlükəsizlik mənbələri Yəmənin cənubunda Ebyen sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfərin öldüyünü, onlarla insanın itkin düşdüyünü bildirib.
Aytən Yaşar/ Turkustan.az