EN

“Aztelekom”un Qarabağ Regional Filialı yaradılıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Aztelekom” MMC-nin təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirilib.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib.

Belə ki, yenidən təşkilatlanma çərçivəsində “Aztelekom” MMC-nin tərkibində Qarabağ Regional Filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.

Qarabağ Regional Filialının yaradılması, sadəcə struktur dəyişikliyi deyil – bu addım həm də bölgədə daimi məskunlaşmanın sürətlənməsi fonunda telekommunikasiya xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqla yanaşı, operativ texniki dəstəyin təmin olunmasına, rəqəmsal infrastrukturun genişləndirilməsinə, sosial-iqtisadi inkişafın dəstəklənməsinə və məşğulluq imkanlarının artmasına töhfə verir.

Qarabağ Regional Filialının yaradılması həmçinin bölgənin ölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 Regional Filial və 7 Rabitə Xidmətləri Mərkəzi olmaqla, ümumilikdə 15 idarəetmə vahidindən ibarətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
9
apa.az

10Sources