“Tottenhem”in hücumçusu Son Hın-Min ABŞ-ın “Los-Anceles” klubu ilə şifahi razılıq əldə edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
33 yaşlı cənubi koreyalı futbolçu bazar günü “Nyukasl”a qarşı keçirilən yoldaşlıq oyununda (1:1) “Tottenhem”in heyətində son matçına çıxıb. Görüş Seulda baş tutub.
Mənbənin məlumatına görə, Son artıq komanda ilə birlikdə Böyük Britaniyaya qayıtmayıb. O, MLS təmsilçisi ilə müqavilənin imzalanmasını gözləyir.