"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas komandanın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Bolqarıstan "Levski"sinin baş məşqçi postuna əsas namizədlərdən biri olub.
Sportinfo.az gong.bg saytına istinadən xəbər verir ki, bu, 2024-cü ilin dekabrında Stanislav Gençevin gedişindən sonraya təsadüf edib.
Dambrauskası 2021-ci ildə "Ludoqorets"ə rəhbərlik etdiyi vaxtdan tanıyan "Levski" rəhbərliyi onunla danışıqlar aparıb. Lakin tərəflər razılığa gələ bilməyiblər.
Nəticədə "göylər" ispaniyalı Xulio Velaskesə müraciət ediblər. Dambrauskas isə fevralın 26-da Macarıstan "Dyöşdyör"ü ilə anlaşıb.
"levski" və "Sabah" arasındakı ilk oyun avqustun 7-də Sofiyada, cavab görüşü avqustun 14-də Masazırda olacaq.