EN

Özbəkistanda 5 milyard dollarlıq “Sea Breeze Uzbekistan” kurortu inşa olunacaq

Doğru.az xəbər verir ki, Özbəkistan hökuməti Çarvak gölünün sahilində yerləşəcək “Sea Breeze Uzbekistan” adlı bütün mövsümlük kurort kompleksinin inşasına dair qərar qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşəcək bu iri layihənin dəyəri 5 milyard dollar məbləğində qiymətləndirilir. İnvestisiya layihəsinin həyata keçirilməsi “Agalarov Development” şirkətinin iştirakı ilə yaradılmış “Sea Breeze Uzbekistan” MMC-yə həvalə olunub.

Sahəsi 577 hektar olan ərazi 25 il müddətinə bu şirkətə icarəyə veriləcək. İcarə dəyəri ekspertlər tərəfindən 1,7 trilyon sum (133,2 milyon dollar) olaraq müəyyən edilib. Şirkət 5 il ərzində 1,3 milyon dollar ödəməyi öhdəsinə götürüb.

Layihənin baş planı Britaniyanın məşhur memarlıq şirkəti “Scott Brownrigg” tərəfindən hazırlanır və praktiki işlər artıq başlayıb. Tikinti 2025–2035-ci illəri əhatə edən dövrdə başa çatdırılmalıdır.

Qeyd edək ki, bu, Özbəkistanda turizm sahəsində həyata keçiriləcək ən iri layihələrdən biri olacaq.

DOĞRU.AZ

Chosen
45
1
dogru.az

2Sources