ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının 2024/2025 mövsümündə ən çox penalti vuran komandalar bəlli olub.
Sfera.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, "Qarabağ" bu göstəricidə birincidir.
Ağdam təmsilçisinin oyunçuları 7 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.
Növbəti sıralarda "Zirə" və "Turan Tovuz" (hər ikisi 6) qərarlaşıb. "Sabah" və "Kəpəz" 5, "Araz-Naxçıvan" ilə "Neftçi" 4 dəfə belə fürsət əldə ediblər. "Sumqayıt" 3, "Səbail" 2, "Şamaxı" isə 1 dəfə penalti yerinə yetirmək imkanı qazanıb.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.