EN

Fuad Muradov: Azərbaycanlı gənclərinin diaspor fəaliyyətində rolu artır

BAKI, 4 avqust. TELEQRAF

“Düşərgənin əsas məqsədi sizi bir-birinizlə tanış etmək, əlaqələr qurmaq və aranızda həmrəylik yaratmaqdır. Birlikdə olmaq, bir-birinizlə sıx ünsiyyətdə olmaq bu gün daha vacibdir. Biz istəyirik ki, siz Azərbaycanla bağlı olasınız , ölkəmizlə bağlılığınızı heç vaxt itirməyəsiniz”.

Teleqraf xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

“Bu gün sizin burada, Xankəndidə iştirak etməyiniz Azərbaycanın nə qədər güclü və əzmkar dövlət olduğunu göstərir.
Təəssüf ki, hələ də Azərbaycana qarşı yönəlmiş qüvvələr mövcuddur. Bunların bəziləri xarici ölkələrdədir. Biz istəyirik ki, siz diaspor gəncləri olaraq belə qüvvələrə qarşı mübarizədə aktiv iştirak edəsiniz”.

Sədr qeyd edib ki, statistikaya əsasən düşərgə iştirakçıların təxminən 40 faizi diaspor quruculuğunda aktiv rol alır. Azərbaycanlıgənclərinin diaspor fəaliyyətində rolu artır.

Chosen
25
teleqraf.com

1Sources