EN

Rusiyada ianə verənlərə cinayət işi açılıb Statistika açıqlandı

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın hüquq-mühafizə orqanları ölkə daxilində Korrupsiya ilə Mübarizə Fondu (FBK) ilə bağlı ianələrə görə 76 nəfərə qarşı cinayət işi qaldırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Mediazona” məhkəmə materialları, rəsmi açıqlamalar və təqsirləndirilən şəxslərin məlumatlarına əsaslanaraq məlumat yayıb.

Cinayət işləri ölkənin 38 regionunu əhatə edir – Kalininqraddan tutmuş Maqadana qədər.

Qeyd edək ki, Moskva Şəhər Məhkəməsi 2021-ci ilin iyununda Aleksey Navalnının qurduğu FBK-nı “ekstremist təşkilat” kimi tanıyıb və bu qərar 4 avqust tarixində qüvvəyə minib. İlk cinayət işləri isə bir il sonra – 2022-ci ilin avqustunda açılıb. İstintaq materiallarında ianə edən şəxslərin bank çıxarışlarında FKB-yə pul köçürmələri konkret şəkildə qeyd olunub. Bundan sonra hüquq-mühafizə orqanları həmin çıxarışları daha geniş analiz edərək oxşar identifikatorlara malik digər şəxsləri də müəyyən edib və təqib dairəsini xeyli genişləndirib.

2022-ci ildə cəmi 2 belə iş məhkəməyə göndərilibsə, 2023-cü ildə bu say 4-ə, 2024-cü ildə 25-ə yüksəlib. 2025-ci ilin ilk 7 ayında isə artıq 34 yeni iş qeydə alınıb.

İndiyədək məlum olan 49 hökmün əksəriyyəti cərimə ilə yekunlaşıb, yalnız 10 nəfər real həbs cəzası alıb. Onlardan 6-sı Moskvada mühakimə olunub.

Bu məlumatlar Rusiyada siyasi fəaliyyətə dəstəyin belə cinayət məsuliyyəti ilə nəticələndiyini bir daha göstərir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
azpolitika.info

1Sources