EN

Prezident İlham Əliyev və Baş nazir Paşinyan cümə günü Trampla görüşəcək

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalamaq üçün cümə günü Vaşinqtonda görüşməyə hazırlaşır.

AzPost bildirir ki, bu barədə öz sosial şəbəkə səhifəsində ABŞ Dövlət Departamentində akkreditə olunmuş jurnalist Aleks Raufoğlu məlumat verib.

Qeyd olunur ki, cümə günü ABŞ prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında birbaşa danışıqlar zamanı tərəflər aralıq variant kimi sülh sazişinin mətninin paraflanmasını nəzərdən keçirib. Məlum olduğu kimi, Azərbaycan sülh sazişinin imzalanması üçün əlavə şərtlər kimi Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini və onun Qarabağa iddialarının aradan qaldırılmasını, həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
389
50
azpost.info

10Sources