EN

Tramp Rusiyanı hədələdi: İki Amerika sualtı qayığı Rusiya yaxınlığındadır

ABŞ prezidenti Donald Tramp təsdiq edib ki, onun əvvəlki sərəncamlarına uyğun olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki nüvə sualtı qayığı Rusiya yaxınlığındakı konkret əraziyə yerləşdirilib.

Tramp Vaşinqtonda brifinq zamanı jurnalistlərə sualtı qayıqların artıq yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Mən artıq bəyanat vermişəm və cavab bəli, onlar bölgədədirlər, olmaları lazım olan yerdədir”.

ABŞ prezidenti şənbə günü iki Amerika nüvə sualtı qayığının Rusiyaya doğru getdiyini açıqlayıb.

“Onlar Rusiyaya yaxındırlar. Bəli, Rusiyaya yaxındırlar”, – Tramp NEWSMAX-a müsahibəsində sualtı qayıqların Rusiya ərazisinə yaxınlaşıb-yaxınmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Jurnalistlərlə görüşü zamanı o, iki nüvə sualtı qayığının yerdəyişməsi əmrini Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarından sonra verdiyini, çünki bu yolla amerikalıları qorumağa çalışdığını izah edib.

“Sadəcə ehtiyatlı olmalıyıq. Bizi hədələyiblər və müəyyən etdik ki, bu təhdidlər yalandır və buna görə də ehtiyatlı olmalıyıq”, – prezident jurnalistlərə deyib.

O, daha əvvəl Medvedevin sosial şəbəkələrində verdiyi şərhlərə cavab olaraq nüvə sualtı qayıqlarını “uyğun bölgələrdə” yerləşdirəcəyini bəyan etmişdi.

“Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribatçı bəyanatlarına əsaslanaraq, mən iki nüvə sualtı qayığının müvafiq bölgələrə yerləşdirilməsini əmr etdim, bir halda ki, bu absurd və qızışdırıcı sözlər sadəcə sözlərdən daha çox olar”, – Tramp cümə günü “Truth” sosial şəbəkəsində yazıb.

Chosen
13
veteninfo.az

1Sources