EN

Elçin Əfəndiyevin qızı: Atam çox işıqlı insan idi

BAKI, 4 avqust. TELEQRAF

"Atam çox işıqlı insan idi".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində mərhumun qızı Humay xanım deyib.

O qeyd edib ki, belə bir gündə ailəni tək buraxmadıqları üçün prezident Ilham Əliyevə və Mehriban xanıma təşəkkür edir.

"Biz xoşbəxt ailə idik. O xoşbəxtliyə görə hamımız ona borclu idik. Onun biliklərinə, insanlarla münasibətlərinə hər zaman heyran idim və onunla fəxr edirdik. O biri dünyaya köçsə də, inanırıq ki, onun işığı daim üzərimizdə olacaq".

Qeyd edək ki, vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Elçin Əfəndiyev I-ci fəxri xiyabanda dəfn ediləcək.

Chosen
21
1
teleqraf.com

2Sources