"Atam çox işıqlı insan idi".
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində mərhumun qızı Humay xanım deyib.
O qeyd edib ki, belə bir gündə ailəni tək buraxmadıqları üçün Prezident Ilham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edir.
"Biz xoşbəxt ailə idik. Bu xoşbəxtliyə görə hamımız ona borcluyuq. Atamın biliklərinə, insanlarla münasibətlərinə hər zaman heyran idim, onunla fəxr edirdik. O dünyaya köçsə də, inanırıq ki, işığı daim üzərimizdə olacaq".