EN

Ad-san yox, imkan və gəlir: İxtisas seçimində yeni DÖVR

Abituriyentlər və valideynlər ixtisas seçimi zamanı bəzən əmək bazarındakı real tələbatdan daha çox, həmin ixtisasın cəmiyyət arasında nə qədər populyar olduğuna əsaslanırlar.

Belə hallarda, onlar yaxın çevrələri – qohumlar və tanışlarla söhbətlər zamanı “övladım Hüquq, Beynəlxalq Münasibətlər,  İT, Tibb və ya Polis Akademiyasında oxuyur” deməyi üstün tuturlar.

Həqiqətən populyar ixtisaslar, populyar gələcək vəd edirmi?

Mövzu ilə bağlı AzEdu.az-a elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev danışıb. 

165471Müsahibimiz qeyd edib ki, bəzi valideynlər artıq anlayırlar ki, riyazi yönümlü ixtisaslar süni intellekt, informasiya texnologiyaları kimi sahələr gələcəkdə daha geniş peşə imkanları və daha yüksək maliyyə perspektivləri təqdim edir

"Doğrudur ki, bəzi valideynlər hələ də populyar hesab olunan ixtisaslara üstünlük verməyə maraqlıdırlar. Çünki övladlarının belə ixtisaslarda təhsil alması ilə fəxr edirlər. Buraya adətən Polis Akademiyası, Hüquq, Tibb (xüsusilə cərrahiyyə) kimi sahələr daxildir".

BDU hüquq fakültəsinin keçid balı illərdir ən yüksək ballardan biri olduğu halda, artıq riyaziyyat ixtisasının balından aşağı düşüb

"Son dövrlərdə müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Məsələn, Türkiyədə cərrahiyyə ixtisası əvvəlki nüfuzunu qismən itirib və daha az üstünlük verilən sahəyə çevrilib. Eyni zamanda, Bakı Dövlət Universitetində (BDU) hüquq fakültəsinin keçid balı illərdir ən yüksək ballardan biri olduğu halda, artıq riyaziyyat ixtisasının balından aşağı düşüb. Bu isə onu göstərir ki, bəzi valideynlər artıq anlayırlar ki, riyazi yönümlü ixtisaslar süni intellekt, informasiya texnologiyaları kimi sahələr  gələcəkdə daha geniş peşə imkanları və daha yüksək maliyyə perspektivləri təqdim edir.

Cəmiyyətimizdə süni intellekt vasitəsilə ağıllı şəhər və kəndlərin idarə olunması hüququn müxtəlif aspektlərini daha aydın və praktik şəkildə ön plana çıxarır.

Valideynlərə tövsiyə olunur ki, ixtisas seçimi zamanı mütəxəssislərlə məsləhətləşsinlər və övladlarının maraqlarını, bacarıqlarını və əmək bazarının gələcək tələblərini nəzərə alaraq daha perspektivli sahələrə yönəlmələrinə dəstək versinlər".

Chosen
5
azedu.az

1Sources