Yazını böyüt
Yazını kiçilt
Misli Premyer Liqasında son dörd mövsümün tamaşaçı sayı açıqlanıb.
Hafta.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, 2021/22 mövsümündə 112 oyunda ümumilikdə 89 010 azarkeş matçları tribunadan izləyib.
Orta göstərici 795 tamaşaçı olub.
2022/23 mövsümündə bu rəqəm 261 564 (orta göstərici 1 453), 2023/24 mövsümündə 276 487 (orta göstərici 1 536), 2024/25 mövsümündə isə 275 933-ə (orta göstərici 1 533) çatıb. Hər üç mövsümdə 180 qarşılaşma baş tutub.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/26 mövsümünə avqustun 15-də start veriləcək.