EN

Hande Erçel Bodrumda ailəsi ilə tətil edərkən görüntülənib

Hande Erçel Bodrumda ailəsi ilə tətil edərkən görüntülənibMəşhur aktrisa Hande Erçel sevgilisi Hakan Sabancı ilə birlikdə xaricdə keçirdiyi qısa tətildən sonra Türkiyəyə dönüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisa, geri dönüşünün ardından bacısı Gamze Erçel və bacısı qızı Mavi ilə Bodrum sahillərində kameralara tuş gəlib. Uzun müddətdir bikinili şəkildə görüntülənməməyi üstün tutan Erçel, bu dəfə dənizdə istirahət edərkən təbii və şən halları ilə diqqət çəkib.

Qeyd edək ki, son zamanlarda həm şəxsi həyatı, həm də xarici səfərləri ilə gündəmdə olan Hande Erçel, iş adamı Hakan Sabancı ilə münasibətini davam etdirir. Cütlük bir neçə həftə əvvəl İtaliyanın Amalfi sahillərində romantik tətilə çıxıb. Onların paylaşdığı xoşbəxt anlar, mətbuatda yayılan ayrılıq iddialarını təkzib edib və münasibətlərinin yaxşı getdiyini göstərib.

İtaliya səfərindən öncə Hande Erçel və Hakan Sabancı, Livanda məşhur modelyer Elie Saabın oğlunun möhtəşəm toy mərasiminə qatılıb. Tanınmış simaların iştirak etdiyi bu dəbdəbəli dəvətdən sonra cütlük tətillərinə Amalfi sahillərində davam edib. Sahildən paylaşılan fotolar sosial şəbəkələrdə böyük maraq doğurub.

Chosen
17
sonxeber.az

1Sources