EN

İki cüdoçumuz qızıl medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. 

Demokrat.az xəbər verir ki, son yarış günündə daha 2 cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Süleyman Şükürov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar. 

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (-60 kq), Əbil Yusubov (-73 kq) qızıl, Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medal əldə edib. 

Chosen
38
9
demokrat.az

10Sources