UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" ilə qarşılaşacaq "Sabah"ın Bolqarıstana səfərinin detalları müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
Komanda Sofiyaya avqustun 6-da, saat 10:00-da çarter reysi ilə yollanacaq. Oyunöncəsi mətbuat konfransı avqustun 6-da, yerli vaxtla saat 20:00-da, komandanın açıq məşqi isə 20:30-da baş tutacaq.
Klub rəsmisi azarkeşlərlə bağlı məsələnin qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib.
Qeyd edək ki, "Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.
İdman.biz