EN

Qəzza aclığa məhkum edilən körpələr: İnsanlığın utanc yeri...

Sitat.info saytından alınan məlumata görə, ain.az bildirir.

Qəzza zolağında İsrail hökuməti hərbi cinayət həyata keçirir. Geniş miqyaslı hərbi əməliyyatlarla Qəzza zolağını yaşanmaz hala gətirilib. Əhalini bilərəkdən aclığa məhkum ediblər. 21 ərəb ölkəsi isə, susur. 

ABŞ prezidenti D. Tramp da Qəzzada kütləvi aclığın olduğunu etiraf edir. İsrail hökumətinin planı Qəzzadan fələstinliləri çıxarmaqdır. Amma, fələstinlilər bu qədər aclıq və səfalətə baxmayaq öz doğma yurdlarını tərk etmirlər. 21-ci əsrdə bəşəriyyət tarixində zəngin qidanın olduğu bir vaxtda Qəzzada aclıq dramı yaşanır.

Qəzza nasist Almaniyasının konslagerinə çevrilib. 

Azərbaycan xalqı işğala məruz qalan xalq kimi nə Ukraynada işğalı, nə də İsrailin Qəzzanı işğalını dəstəkələyə bilməz. 

ABŞ Azərbaycandan İsraillə Ərəb ölkələri arasında imzalanması nəzərdə tutulan "İbrahim Razılaşması" qoşulmasını istəyir.  "İbrahim Razılaşmasına" getməsi  Azərbaycanın siyasi maraqlarına cavab vermir. 

ABŞ və İsrail növbəti dəfə Qəzzada hərbi əməliyyatlar keçirmək anonsunu verib, Qəzzadan HƏMAS-ı çıxarmaq planını reallaşdıracaq. İsrail Qəzza zolağını Fələstin muxtariyyətinin idarəetməsinə vermək istəmir. Qəzzada baş verən humanitar fəlakətdə HƏMAS da  İsrail hökuməti kimi bu cinayətə şərikdir. İki milyon Qəzza əhalisi aclığa məhkum edilib.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
4
sitat.info

5Sources