EN

Kiyev Polşadan 120 milyon avro kredit istədi

Ukrayna Polşadan silah alışı üçün 120 milyon avro məbləğində kredit istəyib.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Ukrinform”a verdiyi müsahibədə bildirib.

"Bu kredit hesabına biz Polşadan onların müdafiə sənayesi məhsullarını almağa hazırıq", - o qeyd edib.

A.Sibiqanın sözlərinə görə, Polşa XİN başçısı Radoslav Sikorski ilə görüş zamanı, həmçinin atəşkəsə nail olmaq üçün Rusiya tərəfinə təzyiq göstərmək məqsədilə növbəti addımlar müzakirə edilib. Təzyiq vasitələrindən biri sinxronlaşdırılmalı olan sanksiyalardır.

"Avropa İttifaqında təsdiqlənmiş 18-ci sanksiya paketimiz var. O, həqiqətən çox güclüdür. İndi vacib olan odur ki, o, ABŞ paketiylə sinxronlaşdırılsın. Mən transatlantik sanksiya paketini nəzərdə tuturam. Bizim başqa ölkələrimiz də var: Böyük Britaniya, Yaponiya, Yeni Zelandiya, Kanada", - o qeyd edib.

A.Sibiqa, Baltik dənizi vasitəsilə Rusiya neftinin "kölgə donanma"sı ilə ixracının qarşısını almaq üçün tədbirlərin görülməsi məsələsinin nəzərdən keçirildiyini söyləyib.

Chosen
6
6
redaktor.az

7Sources