EN

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri də məlum olub  

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandıracağı halda, Avropa Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün məğlubu ilə qarşılaşacaq. Məlumat üçün bildirək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində isə bu cütün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.

Chosen
49
2
azerbaijan-news.az

10Sources