2024-cü ildə Azərbaycanda bronxial astma diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 11488 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dünyada təxminən 262 milyon insan astma xəstəsidir.
Astma xəstəliyi tam sağalmasa da, düzgün və davamlı müalicə ilə nəzarət altına almaq mümkündür. Müalicənin əsas məqsədi xəstənin simptomlarını azaltmaq, astma tutmalarının qarşısını almaq və həyat keyfiyyətini artırmaqdır.
Aytac Zeynalova