EN

"Qalatasaray"dan rekord transfer -

İngiltərə Premyer Liqasının klubları "Qalatasaray"ın futbolçusu Qabriel Saranı transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, braziliyalı ulduzun rekord qiymətə klubu tərk edə biləcəyi ilə bağlı xəbərlər dərc edilib. “Caught Offside”də dərc edilən xəbərə görə, “Aston Villa”, “Mançester Siti”, “Everton”, “Lids Yunayted”, “Nottingem Forest” və “Vulverhempton” futbolçunun xidmətində maraqlıdır. “Aston Villa”nın Saranı transfer etmək üçün daha üstün mövqedə olduğu iddia edilib.

Xəbərdə Qabriel Saranın 40 milyon avro qarşılığında "Qalatasaray"dan ayrıla biləcəyi bildirilir. Transfer 40 milyon avroya reallaşarsa bu məbləğ “Qalatasaray”ın əldə edəcəyi ən yüksək transfer məbləği olacaq.

Chosen
45
metbuat.az

1Sources