EN

Polis bu ərazilərdə nəzarəti gücləndirib

Polis sahilboyu ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib.

Adalet.az xəbər verir ki,  bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin

təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir:

“Bakı, Sumqayıt, Xaçmaz, Şabran, Siyəzən, Neftçala şəhər və rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı

məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, tullantı sularının kənara axıdılması, özbaşına tikinti işlərinin

aparılması və qadağan olunmuş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 24, sadalanan digər qadağan edilmiş

əməllərə yol verən 5 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb. Ekoloji təhlükəsizliyin təmin olunması

istiqamətində profilaktik tədbirlər davam etdirilir”

Chosen
40
21
adalet.az

10Sources