EN

Suriyada ara yenə qarışdı: Kürdlər hökumət qüvvələri ilə toqquşdu

Kürd Suriya Demokratik Qüvvələri (SDQ) Hələb əyalətinin Deyr Hafer bölgəsində hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə toqquşmaların baş verdiyini bildirib.

Publika.az xəbər verir ki, müvafiq bəyanat SDF-nin mətbuat xidmətinin saytında dərc olunub.

"Bazar ertəsi saat 03:00-da Suriya keçid hökumətinə tabe olan qüvvələr Deyr Hafer bölgəsindəki Əl-İmam kəndində qüvvələrimizin 4 mövqeyinə hücum edib. Qüvvələrimiz hücuma cavab verib, döyüşçülərini və tutduqları mövqeləri qorumaq üçün lazımi addımlar atıb. Toqquşmalar 20 dəqiqə davam edib", - məlumatda deyilir.

SDF insidenti Suriyanın yeni hakimiyyət orqanlarının üzərinə ataraq, bunu “bölgədə sabitliyi təhdid edən qəsdən eskalasiya” adlandırıb.

Chosen
9
publika.az

1Sources