EN

Ukraynada terror aktı cəhdinin qarşısı alınıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhəyanı Dnepr şəhərində yerli sakinin planlaşdırdığı irimiqyaslı terror aktının qarşısını alıb.

Bu barədə Adalet.az UTX-nin bəyanatına istinadən məlumat verir.

Məlumata görə, qadın Rusiya xüsusi xidmət orqanlarına işləyirmiş.

"Həyata keçirilən kompleks tədbirlər nəticəsində şəhərin mərkəzində hüquq-mühafizə orqanlarından birinin inzibati binasını partlatmağı planlaşdıran Rusiya agenti saxlanılıb", - bəyanatda qeyd olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğunu müsadirə edərək zərərsizləşdirib, qadını isə şəhərdən qaçmağa cəhd edərkən saxlayıblar.

Chosen
50
7
adalet.az

8Sources