EN

Qəbirdə diriləcəm dedi, DİRİLDİ! - Ölümündən bir neçə dəqiqə əvvəl çəkilən VİDEO

Aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.

Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şaiyələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşır. Amma aktrisaya çox yaxın olan adamlar onun ölümünün hansı səbəbdən baş verdiyini dəqiq bilirlər. Həmkarlarının dediyinə görə, aktrisanın adı ömrünün son illərində bir sıra naməlum məslələrdə hallanıb. Adlarının çəkilməsinin istəməyən həmkarlarının dediyinə görə bir gün o, efirdə olanda aktrisaya xəbər çatır ki, polislər onu axtarırlar. Hətta polis bölməsində onu gözlədiklərini deyirlər. Guya, qorxuya düşən aktrisa bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya sığınır. Günlərin birində çəkilişdən yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayır. Amma sən demə, aktrisanın öldüyündən xəbər tutan yaxınları onu tez evə gətirirlər ki, cəmiyyət bundan xəbərdar olmasın.
Aktrisa dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsi Maqsudun qırxı çıxmamışdı. Amma təəssüf ki, onu cəmi 20 gün görə bildi.

Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. Bu həqiqətdir, yoxsa şayiə, amma iddia olunur ki, kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə polislərin axtardığını eşidəndən sonra güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb”.


Ətraflı videoda: 



Chosen
6
referans.az

1Sources