EN

Rza Tamer qalmaqalı: “Bihter Baku” rəhbərliyindən EKSKLÜZİV açıqlama

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək konsert üçün Azərbaycana gələn türkiyəli müğənni Rza Tamerin səhnəyə çıxmaması müzakirələrə səbəb olub. Konsert vermədən ölkəni tərk edən Rza Tamer daha sonra yeraltı dünyasının tanınan ismi Sedat Pekerin adını çəkərək baş verənlərə görə ondan üzr istəyib. Deyib ki, guya təşkilatçılar onu təhdid edir, restoranın S.Pekerə məxsus olduğunu bildirir. Lakin bu açıqlamalar həm Azərbaycanda, həm də Türkiyədə narazılıq yaradıb. Sedat Peker isə şəxsi İnstagram səhifəsində xəbəri təkzib edib və Azərbaycanda ona məxsus restoranın olmadığını bildirib.

Məsələni aydınlaşdırmaq üçün Globalinfo.az Rza Tameri Azərbaycana dəvət edən “Bihter Baku” restoranının rəhbərliyi ilə əlaqə saxlayıb.

Rəhbərlik iddiaları təkzib edib:

“Onun necə bir insan olduğunu artıq çoxları gördü. O, sənətə və insanlara hörmət etməyən biridir. Barəsində söylədikləri həqiqəti əks etdirmir. Konsert verəcəyi məkanın Sedat Pekerlə heç bir əlaqəsi yoxdur. Sadəcə, aldığı pulu geri qaytarmamaq üçün bu cür yollara əl atır və yalan məlumatlar yayır”.

Saytımıza açıqlama verən məsul şəxs əlavə edib ki, Rza Tameri heç bir zaman təhdid etməyiblər:

“Biz yalnız pulun geri qaytarılmasını tələb etmişik. Hətta Sedat Peker özü də açıqlama verərək, onun bizimlə əlaqəsi olmadığını bildirdi. Təkrar edirəm, o, aldığı pulu qaytarmamaq üçün ağız dolusu yalan danışır”.

Təşkilatçılar bildirirlər ki, əgər Rza Tamer pulu qaytarmasa, məhkəməyə müraciət edəcəklər.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
globalinfo.az

1Sources