Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.
Oxu.Az bu barədə E1.RU saytına istinadla xəbər verir.
Bildirilir ki, Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.
İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, avqustun 2-də Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Şıxlinski əvvəllər Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, daha sonra dindirildikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra o axtarışa verilib.
10Sources
-
nocomment.azRusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib ( 20018964)
-
sfera.azŞahin Şıxlinski barəsində qərar verildi ( 20017164)
-
hakimiyyet.azŞahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib ( 20017053)
-
qaziler.azRusiya məhkəməsi Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib ( 20016702)
-
viral.azQətldə günahlandırılan Şıxlinski barəsində QƏRAR AÇIQLANDI ( 20016456)
-
olke.azŞahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib ( 20016405)
-
buta.tvŞahin Şıxlinski barəsində qərar verildi ( 20016243)
-
axar.azŞahin Şıxlinski barəsində qərar verildi ( 20016033)
-
icma.azRusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib ( 20015976)
-
demokrat.azŞahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib ( 20015955)