EN

Polis forması geyinib sərxoş halda maşın sürdü; yol polislərinə gərgin anlar yaşatdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yol polisi əməkdaşları avtomobili içkili vəziyyətdə idarə edən polis geyimli sürücünü saxlayıblar. Avtosfer.az xəbər verir ki, hadisə Başqırdıstan Respublikasında baş verib.

Məlumata görə, Uçalinski rayonunun Uralsk kəndində yerli yol polisi əməkdaşları “VAZ-2107” markalı avtomobilin nizamsız hərəkət etdiyini görüblər. Sürücü polis əməkdaşlarının “Saxla” tələbinə məhəl qoymayaraq yayınmağa çalışıb, lakin tezliklə saxlanılıb. Polis formasında inspektorların qarşısına çıxan sürücünün sənədləri yoxlanılıb.

Məlum olub ki, yerli sakin polisdə xidmət etməyib. Ona sərxoşluq testindən keçmək təklif edilib, lakin bundan imtina edib. 

Protokol tərtib edilən zaman sürücü avtomobilinə əyləşərək yenidən qaçmağa cəhd edib. Yol polisi əməkdaşları maşını saxlasalar da, sürücü müqavimət göstərib. Bu dəfə qanun pozucu qandallanıb.

Dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iş qərar qəbul edilməsi üçün istintaq orqanlarına göndərilib. Avtomobil isə xüsusi dayanacağa yerləşdirilib.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
avtosfer.az

1Sources