EN

“Erməni faşizminin ifşası bundan sonra da eyni qətiyyətlə davam etdirilməlidir”

“Erməni faşizminin ifşası bundan sonra da eyni qətiyyətlə davam etdirilməlidir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin beynəlxalq miqyasda ifşasına, eyni zamanda, gələcək nəsillərin bu barədə ətraflı şəkildə məlumatlandırılmasına ehtiyac var:

“Azərbaycan 44 günlük Vətən müahribəsində erməni faşizminə ölümcül zərbə vuraraq işğaldakı torpaqları azad etsə də, ermənilərin əsrlər uzunu xalqımıza qarşı ağır cinayətlər törətdiyi bir həqiqətdir. Biz şəhidlərimizin qisasını döyüş meydanında alsaq da, erməni faşizminin ifşasını bundan sonra da davam etdirməli, onların törətdiyi cinayətləri beynəlxalq miqyasda ifşa etməliyik.

Eyni zamanda, çalımalıyıq ki, gənclərimiz, yeni nəsillər tariximiz haqqında mümkün qədər dolğun məlumata sahib olsunlar. Onlar erməni xislətini, bu xislətin nə qədər qorxunc olduğunu bilsinlər. Yalnız bu halda gələcək təhlükələrdən sığortalanmaq, xalqımızın ayıq-sayıqlığını qoruyub saxlamaq mümkündür”.

Seymur ƏLİYEV

 

Chosen
21
moderator.az

1Sources