Hünər göstərib adını qəhrəmanlıq tariximizə yazdıran şəhid Pəncəli Teymurovun xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur. Onun doğma Astara rayonunda adı ilə bağlı tez-tez müxtəlif tədbirlər olur. Bu günlər isə mini-futbol idman növü üzrə Astara rayon açıq turnirinə start verilib. Turnir “Ümid” İdman Kompleksində keçirilir, təşkilatçı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsidir
Turnirdə 16 komanda 4 qrupda yarışların dairəvi sistemi üzrə mübarizə aparır. Hər qrupda 1 və 2-ci yerləri qazanan komandalar əvvəlcə 1/4 final, sonra yarımfinal, final mərhələsində qüvvələrini sınayacaq və fəxri yerlər müəyyən olunacaq. Turnirin qrup oyunları 06 avqust, final oyunları isə 12 avqust tarixinədək davam edəcəkdir.
Turnirin ilk günündə 4 oyunda futbolçular top qovmaqla bir-birini sınağa çəkiblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü