Avstraliyada İsrailin Qəzzaya hücumlarına etiraz məqsədilə aksiya keçirilib. Metbuat.az xəbər verir ki, təxminən 90 min etirazçı Yeni Cənubi Uelsin Sidney şəhərindəki Sidney Liman körpüsündə yürüş təşkil edib. Etirazçılar İsrailin hücumlarını dayandırmasının vacibliyini vurğulayaraq, Avstraliya hökumətini Fələstin dövlətini tanımağa çağırıblar. Məlumata görə, Qəzzada humanitar böhranın aradan qaldırılması üçün Melburn və Adelaida şəhərlərində də etiraz aksiyaları keçirilib. Qeyd edək ki, İsrailin hücumları Qəzzada əksəriyyəti uşaq və qadın olmaqla azı 60430 fələstinlinin ölümünə, 148722 nəfərin yaralanmasına səbəb olub.