EN

Bir həftə öncə itkin düşən Şəfa ilə bağlı daha bir yeni xəbər: ailəsindən imtina etdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Xəzər rayonunda itkin düşən 20 yaşlı Şəfa Bayrızadə tapılıb.

Globalinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, itkin düşmüş kimi axtarışa verilən 20 yaşlı Şəfa Bayrızadə polis əməkdaşları tərəfindən tapılıb.

Onunla profilaktik söhbət aparılsa da, ailəsinin yanına dönməkdən imtina etdiyini bildirib.

***

Xəzər rayonunun Buzovna qəsəbəsində itkin düşən 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə tapılıb.

Globalinfo.az xəbər verir ki, Oxu.Az-a onun əmisi Ülfət Bayrıyev məlumat verib.

O bildirib ki, Şəfa Bayrıyeva hazırda polis bölməsindədir və müvafiq danışıqlardan sonra evə gətiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirmişdi ki, Şəfa Bayrıyeva könüllü şəkildə evdən gedib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
9
globalinfo.az

10Sources